Azərbaycanlı futbolçu “Spartak”a dönmək istəmir
02.12.2013 - 09:55
“Bu gün ikinci hücumçu kimi çıxış etdim, baş məşqçi ön xəttə yaxın oynamağımı istədi. Düşünürəm ki, bəzi epizodlarda daha yaxşı oynaya bilərdim. Lakin əsas odur ki, qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Krılya Sovetov” klubun azərbaycanlı futbolçusu Emin Mahmudov deyib.
Dünən “Krılya Sovetov” Rusiya Premyer Liqasının XVIII turu çərçivəsində “Krasnodar”ı məğlub edib (1:0). Mahmudov bu görüşdə cari mövsümdə ilk dəfə “11-lik”də yer alıb və 86-cı dəqiqədə əvəzlənib. Oyundan sonra “Sport Ekspress” nəşrinə müsahibə verən həmyerlimiz gələcək taleyindən də söz açıb.
Müqavilə ilə “Spartak”a məxsus olan yarımmüdafiəçi Moskva klubuna qayıtmaq istəmədiyini söyləyib: “Krılya Sovetov” qalmağımı istəsə, danışacağıq. “Spartak”a qayıtmayacağam, bu, dəqiqdir. Orada oynamaq imkanımın olacağını düşünmürəm və zənn etmirəm ki, “Spartak”da məni gözləyirlər. Meydana çıxa biləcəyin yerdə olmaq daha yaxşıdır”.
Qeyd edək ki, Emin Mahmudov millimizə dəvət alsa da, AFFA-nın təklifini qəbul etməyib. Lakin onun Rusiya yığmasına çağırılmaq perspektivinin az olduğunu nəzərə alsaq, fikrini dəyişməsi mümkündür.

0
0