AFFA-dan dəvət alan futbolçu qol vurub, meydandan qovuldu
02.12.2013 - 10:27
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Eratın çıxış etdiyi “Fortuna” U-23-ü səfərdə “Şalke 04”ün II komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, Erat və U-21-dən dəvət almış digər oyunçumuz Ərən Taşkın Düsseldorf təmsilçisinin start heyətində meydana çıxıb.
Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri 1-ci dəqiqədə hesabı açsa da, milliləşdirilmiş türk futbolçuların sayəsində tarazlıq bərpa olunub. Belə ki, 24-cü dəqiqədə Eratın cinah ötürməsindən sonra Taşkın fərqlənib. Bu, onun cari mövsüm vurduğu 8-ci qol olub. Ərən 85-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulması ilə də yadda qalıb.
Qeyd edək ki, Ərən Taşkın apasport.az saytına verdiyi müsahibəsində AFFA-dan təklif aldığını təsdiqləyib. O, ötən ay Makedoniya ilə görüşdə zədəli olduğu üçün iştirak edə bilməmişdi.

0
0