Millimizin futbolçusu qırmızı vərəqə aldı
02.12.2013 - 10:51
Millimizin futbolçusu qırmızı vərəqə aldı
Millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın U-23 komandası Almaniya Regionalliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi səfərdə “Noymünster”lə qarşılaşıb.

Hesabı qonaqlar açsa da, Gökdəmirin komandası fasilədən sonra 2 top buraxaraq məğlub olub – 1:2. Start heyətində meydana daxil olan Əli isə 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə qovulub.

Qeyd edək ki, millimizin (U-21) digər bir futbolçusu Ərən Taşkın da bu tur Düsseldorf “Fortuna”sının II komandasının oyununda 85-ci dəqiqədə qırmızı vərəqə alıb.