“Qarabağ”dan tarixi rekord
02.12.2013 - 12:26
“Qarabağ” tarixinin rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb.
Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir.
Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94 mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı.
Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur. Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir.

12.03.2013 | Simurq (Zaqatala) - Qarabağ (Ağdam) | 1:0 |
07.04.2013 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 1:2 |
21.04.2013 | Bakı - Qarabağ (Ağdam) | 0:1 |
28.04.2013 | Qəbələ - Qarabağ (Ağdam) | 0:2 |
09.05.2013 | İnter (Bakı) - Qarabağ (Ağdam) | 0:0 |
04.08.2013 | İnter (Bakı) - Qarabağ (Ağdam) | 1:2 |
25.08.2013 | Qəbələ - Qarabağ (Ağdam) | 0:1 |
13.09.2013 | Rəvan (Bakı) - Qarabağ (Ağdam) | 1:1 |
28.09.2013 | Neftçi (Bakı) - Qarabağ (Ağdam) | 0:0 |
20.10.2013 | Sumqayıt - Qarabağ (Ağdam) | 0:3 |
27.10.2013 | Xəzər Lənkəran - Qarabağ (Ağdam) | 0:3 |
09.11.2013 | AZAL (Bakı) - Qarabağ (Ağdam) | 1:1 |
30.11.2013 | Simurq (Zaqatala) - Qarabağ (Ağdam) | 0:0 |

0
0