Hakimlərin “ağ-qara” sevgisi
02.12.2013 - 12:40
Hakimlərin  “ağ-qara” sevgisi
Topaz Premyer Liqasının XV turu 2 vurulmayan penalti ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, Rauf Əliyev “Bakı” – “İnter”, Junior Nildo isə “Xəzər Lənkəran” – AZAL qarşılaşmasında qonaqların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Bununla, cari mövsüm dəqiq yerinə yetirilməyən penaltilərin ümumi sayı 5-ə çatıb. Arxada qalan 15 turda qeydə alınan 16 penaltidən 5-i, yəni 31 faizi dəqiq olmayıb.

Hakimlər yalnız 7 komandanın lehinə 11 metrlik cərimə zərbəsi təyin edib. Bu göstəricidə rekordçu “Bakı”dır. Paytaxt təmsilçisi 5 belə imkan əldə edib. Paytaxtın digər təmsilçisi “Neftçi” və onun prinsipial rəqibi “Xəzər Lənkəran” hərəyə 3 dəfə hakimlərin qərarına sevinib.

Lakin bu 3 komandadan yalnız “ağ-qaralar” 100 faiz dəqiqlik göstərib. Qaçırılan bütün penaltilər isə digər 2 komandanın payına düşür. “Xəzər Lənkəran” 3, “Bakı” isə 2 dəfə şansını boşa verib. Cənubluların 3 uğursuzluğundan ikisi Junior Nildonun payına düşür. Əfran İsmayılov isə ən dəqiq penalti ustasıdır. Yarımmüdafiəçi qazandığı hər 3 fürsətdən yararlanıb. Leonardo da Silva ilə Mahr Şükürov 2 zərbədən heç birini boşa verməyib.

Komandaların penaltilərlə cəzalanmasına gəlincə, 8 klubun qapısına belə zərbə təyin olunub. “Neftçi” və “Sumqayıt” hələlik hakimləri tərəfindən cəzalandırılmayıb. Ən çox cəzalananlar isə hamının “qardaş” kimi tanıdığı “İnter”lə “Simurq”dur. 16 penaltidən 7-si bu 2 komandanın qapısına təyin olunub. Hakimlərin hədəfə aldığı bu komandaların hərəsi 1 dəfə bu yolla qol buraxmaqdan xilas ola bilib.

Maraqlıdır ki, “Simurq”un qapısına təyin olunan 3 penaltinin üçü də “Bakı” ilə görüşlərə təsadüf edib.

Penalti vuran klublar

“Bakı” – 5 (3)
“Neftçi” – 3 (3)
“Xəzər Lənkəran” – 3 (0)
“Qəbələ” – 2 (2)
“Simurq” – 1 (1)
“Sumqayıt” – 1 (1)
“Qarabağ” – 1 (1)

Penalti vuran futbolçular

Əfran İsmayılov (Bakı) – 3 (3)
Mahir Şükürov (Neftçi) – 2 (2)
Leonardo da Silva (Qəbələ) – 2 (2)
Junior Nildo (Xəzər Lənkəran) – 2 (0)
Melvin Platye (Neftçi) – 1 (1)
Rişard Almeyda (Qarabağ) – 1 (1)
Rəşad Eyyubov (Simurq) – 1 (1)
Ruslan Qurbanov (Sumqayıt) – 1 (1)
Mbilla Etame (Xəzər Lənkəran) – 1 (0)
Rauf Əliyev (Bakı) – 1 (0)
Marius Pena (Bakı) – 1 (0)

Penalti ilə cəzalanan qapıçılar

Səlahət Ağayev (İnter) – 3 (3)
Pavel Kapsa (Simurq) – 3 (2)
Orxan Sadıqlı (Xəzər Lənkəran) - 2 (2)
Ruslan Məcidov (AZAL) – 2 (1)
Georgi Lomaya (İnter) – 1 (0)
Kamran Ağayev (Bakı) – 1 (0)
Fərhad Vəliyev (Qarabağ) – 1 (0)
Lukas Sapela (Rəvan) - 1 (1)
Dieqo Kosta (Qəbələ) - 1 (1)
David Pietrzkieviç (Qəbələ) - 1 (1)

Penalti ilə cəzalanan klublar

“İnter” – 4 (3)
“Simurq” – 3 (2)
“Xəzər Lənkəran” – 2 (2)
“Qəbələ” – 2 (2)
AZAL – 2 (1)
“Rəvan” – 1 (1)
“Bakı” – 1 (0)
“Qarabağ” – 1 (0)