UEFA Bakıda seminar keçirəcək
02.12.2013 - 12:59
UEFA Bakıda seminar keçirəcək
Azərbaycan klublarının Təhlükəsizlik Xidməti üçün UEFA seminarı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, Lisenziyalaşdırma prosesi çərçivəsində keçiriləcək tədbir dekabrın 5-də baş tutacaq.

“Bakcell Arena”da təşkil olunacaq seminarda UEFA nümayəndələri Kennet Skott, Mark Timmer və David Petriaşvili rəhbərlik edəcək. Tədbirdə klublarla yanaşı, Daxili İşlər Nazirliyinin, AFFA-nın və PFL-in nümayəndələri də iştirak edəcək.

Mənbə: affa.az