“Qəbələ”dən Nizami Hacıyevlə bağlı rəsmi açıqlama - FOTO
02.12.2013 - 13:03
“Nizami Hacıyev bizə Polşa klubundan təklif aldığını dedi. Bizdən həmin klubun düşərgəsinə yollanmaq üçün icazə istədi”. Bunu apasport.az saytına “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
“Qəbələ”nin cinah yarımmüdafiəçisi Nizami Hacıyev ötən həftə Polşanın elitası – Ekstraklassada mübarizə aparan “Poqon”un düşərgəsində olub. Futbolçu mətbuata verdiyi açıqlamasında məsələsinin 80 faiz həll olunduğunu, ancaq tibbi baxışdan keçdikdən sonra Şçetsin təmsilçisinə transfer olunacağını bildirib.
Bu məsələ ilə bağlı klubun baş meneceri Zaur Əzizovun fikirlərini öyrəndik. Onun sözlərinə görə, Polşa klubundan onlara təklif gəlməyib: “Biz həftənin əvvəli ona Polşaya yollanmağa icazə verdik. Klubdan icazə aldığı müddətdə gedib qayıtdı. Ancaq bizə Polşa klubundan rəsmi təklif gəlməyib. Yalnız gəldikdən sonra onun “Poqon”a transferi haqda geniş danışmaq olar”.
Qeyd edək ki, Nizami Hacıyev ötən ilin dekabrında “Poqon”un düşərgəsində baxışda olmuşdu. O, aşağı dəstə klubu “Energetik”lə yoxlama oyununda (5:2) qol vurub bəyənilmişdi. Ancaq “İnter”in transferə görə 100 min avro istəməsi keçidin baş tutmamağına səbəb olmuşdu.
Səbuhi TOFİQOĞLU

0
0