Fərid Quliyev hansı kluba keçir?
02.12.2013 - 14:02
Fərid Quliyev hansı kluba keçir?
“Kahramanmaraşspor”dan ayrılan Fərid Quliyev karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Apasport.az saytının əldə etdiyi məlumata görə, millimizin sabiq hücumçusunun çıxış edə biləcəyi hər 2 klub qardaş ölkənin I dəstəsini təmsil edir.

Bunlardan biri vaxtilə İlqar Qurbanovun çıxış etdiyi “Mersin İdman Yurdu”dur. Bu klub hazırda V pillədədir. Digər klub isə Davud Kəriminin məxsus olduğu “Fəthiyəspor”dur. Kəriminin komandasının autsayder olacağını nəzərə alsaq, Quliyevin Mersin təmsilçisinə keçəcəyi daha inandırıcı görünür.

O, “Fəthiyəspor”dan hələ yayda təklif alsa da, seçimini “Kahramanmaraşspor” üzərində etmişdi. İndi 6 aydan bir klub dəyişdirən Fəridin budəfəki taleyinin necə olacağı maraqla gözlənilir.

Qeyd edək ki, İlqar Qurbanov 2010/11 mövsümündə “Mersin İdman Yurdu”nda çıxış edib. “Qarabağ”a bu klubdan keçən İlqar aşağı dəstə klubunda cəmi 6 oyuna çıxmaq imkanı əldə etmişdi.