Topaz Premyer Liqasında antirekord!
02.12.2013 - 15:00
Topaz Premyer Liqasının XV turu intizamsızlığı ilə antirekorda səbəb olub. Apasport.az saytının məlumatına görə, ötən həftə keçirilən qarşılaşmalarda 4 qırmızı vərəqə qeydə alınıb.
Bunlardan ikisi Lənkəranda baş tutan qarşılaşmaya təsadüf edib.
AZAL-ın heyətində Branislav Arsenyeviç, “Xəzər Lənkəran”da isə Ağabala Ramazanov meydanı vaxtından əvvəl tərk edib. “Sumqayıt”ın müdafiəçisi Samir Abasov da hakimlərin qəzəbinə tuş gəlib. Komandasının kapitanı vaxtilə şərəfini qoruduğu “Neftçi” ilə görüşdə cəzalanıb. “Rəvan”ın yarımmüdafiəçisi Rəşad Abdullayev ötən mövsüm formasını geydiyi “Qəbələ” ilə görüşdə meydandan qovulub.
Bir turda 4 qırmızı vərəqənin qeydə alınması isə mövsümün antirekordudur. Premyer Liqanın 2013/14 mövsümündə 1 turda 3-dən artıq qırmızı vərəqə olmamışdı.
Buna da 3 dəfə rast gəlinib. II, V və VI turlarda 3 oyunçu meydanı vaxtından əvvəl tərk etməli olub. Ümumilikdə isə 15 turun 75 oyununda 24 dəfə hakimlər qırmızı vərəqədən istifadə edib.
I - yoxdur
II - 3
III - 2
IV – 2
V - 3
VI - 3
VII - 2
VIII - 1
IX - 1
X - 1
XI - yoxdur
XII - yoxdur
XIII - 1
XIV - 1
XV - 4
CƏMİ - 24

0
0