“Yusifov “Neftçi”nin qapısına penalti təyin etməli idi” – MÜSAHİBƏ
02.12.2013 - 16:15
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” oyunu qalmaqalla əlamətdar oldu. Meydan sahibləri 1:2 hesabı ilə uduzduqları görüşdə hakimlərin idarəçiliyindən narazıdırlar. Oyunun videogörüntülərini izləyib, analiz aparmısınız?
- Bəli, dünən gecə saatlarına qədər işdə olmuşuq. Tək “Sumqayıt” – “Neftçi” görüşü deyil, digər matçları da analiz etmişik.
- “Sumqayıt” etiraz etməkdə nə qədər haqlıdır?
- Penalti epizoduna görə etiraz etməkdə haqlıdırlar. Baş hakim Fariz Yusifov “Neftçi”nin qapısına penalti təyin etməliydi. Qonaq komandanın futbolçusu ötürmənin qarşısını açıq əllə alır. Ola bilər ki, bilərəkdən əllə oynamır, amma istənilən halda təhlükəli vəziyyəti önləyir.
- Bəs “Sumqayıt”ın vurduğu qol barədə nə deyə bilərsiniz?
- Təəssüf ki, hakimlər həmin epizodu da düzgün qiymətləndirməyiblər. “Sumqayıt”ın oyunçusu futbolçu yox, voleybolçu kimi davranır. Kadrlarda hər şey aydın görünür. Futbolçu topu əllə qapıdan keçirir.
- “Sumqayıt”ın kapitanı Samir Abasov oyundan sonra referinin onusöydüyünü bildirib. Bu məsələni araşdırdınız?
- Yalan deyir, qətiyyən belə bir şey olmayıb. Harada görünüb ki, hakim futbolçunu söysün?
- Ancaq hakimləri söyənlər çoxdur. Məsələn, “Sumqayıt”ın prezidenti baş hakimin ünvanına xoş olmayan ifadələr işlədib...
- Kamran Quliyev mədəni insandır, inanmıram nəsə ağır təhqirə yol verə. Özü də bildirib ki, həmin vaxt emosional davranıb.
- Yəqin ki, yol verdiyi səhvlərə görə Fariz Yusifovu cəzalandıracaqsınız...
- Bunu açıqlaya bilmərəm.
ŞAMO

0
0