Adrian Pit: Dənizli ilə yaxşı nəticələr qazanacağıq MÜSAHİBƏ
02.12.2013 - 17:47
İyulda “Xəzər Lənkəran”ın Hayfa “Makkabi”sinə böyük hesablı yenilgisindən sonra əsas heyətdən uzaqlaşdırılan Adrian Pit Con Toşakın istefasından sonra birinci komandaya qaytarıldı. Rumıniyalı futbolçu ötən tur AZAL-la oyunda 70 dəqiqə meydanda oldu. Futbolçu apasport.az saytına müsahibəsində çıxışı və yeni baş məşqçi Mustafa Dənizli haqqında danışıb.
- 4 aylıq fasilədən sonra debüt etdiniz. Uzun müddətdən sonra əsas komandaya qayıdışınız haqda nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki? Qələbə qazana bilmədik. Doğma meydanda oynadığımız üçün qələbəyə borclu idik. Ancaq bunu bacarmadıq. Qələbə qazanmamışıqsa, ümumilikdə komandanın çıxışını “yaxşı” sözü ilə ifadə etmək olmaz.
- Futbol oynamaq üçün çoxmu darıxmışdınız?
- Bəli, lap çox. Düzdür, bu müddətdə əvəzedici komandada oyun keçirmişdim, hətta orda 1 qol da vurmuşdum. Ancaq əvəzedicilərlə əsas komanda arasındakı fərqi özünüz məndən yaxşı bilirsiniz.
- AZAL-ı məğlub edə bilməməyinizin səbəbi nədir?
- Bəzi çatışmazlıqlarımız var. Ancaq bunu məşqçilər heyəti daha yaxşı açıqlaya bilər. Səbəbləri söyləmək çətindir.
- Bu gün Mustafa Dənizlinin rəhbərliyi altında ilk məşqinizi keçirdiniz?
- Bəli.
- Toşakla Dənizlinin məşqi arasındakı hansı fərqi qeyd edə bilərdiniz?
- Bu haqda heç nə deyə bilmərəm. Çünki Dənizli cəmisi bir gündür ki, bizə məşq keçib. Ancaq deyə bilərəm ki, yaxşı baş məşqçidir. Hamı onu tanıyır. İnternetdən karyerasına baxmışam. Türkiyədə böyük məşqçilərdən biridir. Onun bu ölkənin əsas yığmasını çalışdırmağından da xəbərdaram. Belə getsə, biz onunla yaxşı nəticələr qazanacağıq.
- Turnir cədvəlinə baxdıqda çempionatdan avrokuboklara gedəcəyiniz inandırıcı görünmür. Ancaq ölkə kuboku Avroliqada oynamaq üçün yaxşı şans yaradır. “Neftçala” ilə matç haqqında nə deyə bilərsiniz?
- Rəqibimiz aşağı dəstə təmsilçisi olmasına və qarşılaşmanı Lənkəranda keçirməyimizə baxmayaraq, düşünmürəm ki, asan oyun olacaq. Yeni baş məşqçinin tapşırıqlarını icra etsək, qələbə qazanacağıq. Eləcə də, çempionatda “İnter”lə qarşılaşmada yaxşı nəticə əldə etməliyik. Bu 2 matçda istəyimizə nail olsaq, 15 turdur göstərdiyimiz nəticələri yaxşılaşdırmağa doğru gedəcəyik.
Səbuhi TOFİQOĞLU

0
0