Rəşad Sadıqov: 3-cü yer haqda düşünməliyik
02.12.2013 - 17:54
“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XI turunda “Simurq”la qarşılaşdınız ki, bu rəqiblə ardıcıl üçüncü görüşdə qapılara qol vurulmadı...
- “Simurq” hər zaman bizim üçün narahat rəqib olub. Mübarizə apardıq. Qol vurmaq üçün imkanlarımız oldu. Təəssüflər ki, qələbə qazana bilmədik. Amma heç-heçə etməklə, aktivimizə növbəti xalımızı yazdırdıq. Fikrimcə, Zaqataladakı heç-heçə bizim üçün normal nəticədir.
- Premyer Liqanın son üç matçında qələbə qazana bilmirsiniz. Halbuki, analoji durumla I dövrədə qarşılaşmadınız. Səbəbini izah edə bilərsinizmi?
- Hər bir komanda nəticə qazanmaq istəyir. Oyun bəzən istədiyin kimi alınır, bəzən isə yox. Bu, normal haldır. Çempionatın gedişində bu cür hallar yaşanacaq və buna hazır olmaq lazımdır.
- Son heç-heçədən sonra liderliyi əldən verdiniz. Düzdür, qarşıda çox oyunlar var. Bununla belə, zirvəni əldən verdiyinizə görə, təəssüflənirsinizmi?
- Bir xal irəlidə və ya geridə olmağın elə də böyük fərqi yoxdur. Əsas odur ki, mayda finişə zirvədə çatasan. 10 xal fərqi yaransa, hardasa düşünmək olar. İndiki məqamda hər şey dəyişə bilər. Çünki rəqiblərimizi də çətin oyunlar gözləyir. Qış fasiləsinə qədər maraqlı sonluq alınacaq. Kimin lider, kimin ikinci olacağını indidən heç kim deyə bilməz.
- Həftəsonu “Neftçi” ilə qarşılaşacaqsınız. Liderliyi geri qaytarmaq istəyi sizin üçün əlavə motivasiya ola bilərmi?
- Sırf liderliyi geri qaytarmaq baxımından yox, “Neftçi”yə qarşı oynamaq hər zaman maraqlıdır. Ötən çempionatda da maraqlı qarşılaşmalarımız oldu. Çalışacağıq ki, azarkeşlər futbol baxımından bu oyundan həzz alsınlar.
- İki gündən sonra ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-la qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir? Heyətinizdə zədəli, cəzalı futbolçu varmı?
- Bu oyun 1/8 final mərhələsinin ən maraqlı qarşılaşması olacaq. Çünki hər iki komanda Premyer Liqa iştirakçısıdır. Digər klublarımız isə əsasən aşağı dəstə təmsilçiləri ilə üz-üzə gələcəklər. Həftəsonu isə Premyer Liqanın XVI turunda “Neftçi” ilə qarşılaşacağıq. Kuboku qazanmaq da bizim üçün vacibdir. Ona görə də bütün diqqətimizi oyuna yönəldəcəyik. Aydın məsələdir ki, asan oyun olmayacaq.
- Cari mövsüm AZAL-la keçirdiyiniz iki oyunun birində məğlub olub, digərində heç-heçə etmisiniz. AZAL-ı sizin üçün uğursuz rəqib hesab etmək olarmı?
- Tək bu il deyil, əvvəlki çempionatlarda da AZAL bizim üçün narahat rəqib olub. Hər il müqavimət göstərirlər. Elə vaxt olub uduzmuşuq, elə oyunlar olub biz qələbə qazanmışıq. Onlar bizə qarşı oynayan zaman xüsusi motivasiya olunduqları hiss olunur. Bizə qarşı oynamaq onlar üçün də maraqlıdır. Hazırda şanslar bərabərdir. Kimin qalib gələcəyini isə oyundan sonra biləcəyik.
- 2013-cü ilin sonuncu ayını yaşayırıq. Başa çatmaqda olan cari il yaddaşınızda hansı izlər buraxacaq?
- Yayda çempionluğu son anda əldən verdik. Bir az məyusluq oldu. Əvəzində avrokuboklarda yaxşı çıxış etdik. Yığmamız isə tarixində rekord xal topladı və qrup oyunlarını 4-cü pillədə başa vurdu. Hazırda da işimiz pis getmir. Ümumi götürdükdə, 2013-cü il pis keçmədi. Düzdür, daha yaxşı da ola bilərdi.
- Fevralda Avro-2016-nın püşkü atılacaq. Könlünüzdən hansı komandalarla bir qrupda yer almaq keçir?
- Səbətlərlə tanış deyiləm. Tanış olduqdan sonra fikir yürütmək olar.
- AÇ-2016-nın final mərhələsində 24 komanda iştirak edəcək. Bu baxımdan növbəti seçmə mərhələ zamanı hədəf nə olmalıdır: 9 xaldan artığını toplamaq, yoxsa final mərhələsinə yüksəlmək?
- Qrupa düşəcək komandalardan da çox asılı olacaq. Bəlkə elə 3 güclü komanda ilə bir qrupda yer alacağıq ki, onları keçmək mümkün olmayacaq. Son mərhələni dördüncü pillədə başa vurmuşuqsa, bu dəfə üçüncü pillə haqda düşünməliyik. 24 komandanın final mərhələsinə yüksəlməsi yaxşı fürsətdir. Həmin fürsətdən “dişlərimiz”lə də olsa yapışmalı, sona qədər buraxmamalıyıq. Mübarizə aparmalı, ən azı pley-off oyunlarına qatılmalıyıq.

0
0