AFFA daha yaxşı təklif alıb, “Azercell”ə “yox”dedi
02.12.2013 - 18:23
“AFFA 2009-cu ildən etibarən “Azercell” şirkəti ilə çox səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlıq çərçivəsində çoxsaylı uğurlu layihələr hazırlanıb, müxtəlif tədbirlər müvəffəqiyyətlə həyata keçirilib”. Bunu apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
Assosiasiya rəsmisi “Azercell” şirkəti ilə AFFA arasındakı əməkdaşlığın dayandırılmasına münasibət bildirib. Onun sözlərinə görə, yaxın günlərdə AFFA yeni sponsorla müqavilə bağlayacaq: “Ötən müddət ərzində “Azercell” Azərbaycanda futbolun inkişafına öz töhfəsini verib, qarşılıqlı olaraq AFFA-nın təşkil etdiyi yerli və beynəlxalq tədbirlərdə, Azərbaycan milli komandasının ölkə ərazisində və xaricdə keçirdiyi beynəlxalq oyunlarda “Azercell” şirkəti uğurla reklam olunub. 2009-cu ildən başlayaraq AFFA-nın U-17 Liqası "Azercell U-17 Liqa" adı ilə keçirilib.
AFFA-nın sponsor siyasətində dəyişiklik edildiyi, “Azercell”ə müqavilənin vaxtı başa çatdığı və digər GSM şirkətlərindən daha sərfəli təkliflər irəli sürüldüyü üçün AFFA və “Azercell” şirkətinin əməkdaşlığı uzadılmayıb. AFFA bu şirkətə minnətdarlığını bildirir, daha böyük uğurlar qazanmağını arzulayır”.

0
0