Qurbanov: Flavinyo ilə bağlı qərarı eşidəndə...
04.12.2013 - 19:41
Qurbanov: Flavinyo ilə bağlı qərarı eşidəndə...
“AZAL güclü komandadır, çətin oyun oldu. Sona yaxın Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat oyunlarında uğurlar arzulayıram". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/8 finalında AZAL-la oyundan (1:0) sonra deyib.

Təcrübəli mütəxəssis AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin "Neftçi"nin futbolçusu Flavinyonun cazasını yüngülləşdirməsi ilə bağlı da danışıb: "Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan futbolçu bağışlanmamalıdır. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim, çünki, bunu gözləyirdim”.

Mənbə: pfl.az