Vaqif Cavadov: Bombardir olmaq istəmirəm
07.12.2013 - 00:01
“İnter” klubunun hücumçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Öncə ölkə kubokunun 1/8 final mərhələsinin “Şuşa” ilə oyunu haqda fikrinizi bildirərdiniz. Hesab asan qələbə qazandığınızı göstərir...
- Deməzdim ki, “Şuşa” zəif komandadı. Heç biz də bu cür hesabın qeydə alınacağını gözləmirdik. Ciddi hazırlaşdıq. Baş məşqçimiz də Ukraynada idi. Yaxşı oyun oldu. Əsas odur ki, qələbə qazandıq.
- Baş məşqçinin yoxluğu hiss olundumu?
- Çalışdıq ki, onun yoxluğu hiss olunmasın. Çünki geri döndükdən sonra oyunun videoyazısını izləyəcəyini bilirdik. Hamı ciddi yanaşırdı, səhv etmək istəmirdi. Həm də kubokda mübarizəni erkən dayandırmaq istəmirdik.
- Aydın məsələdir ki, bazar günü “Xəzər Lənkəran”la qarşılaşma daha ciddidir. Bu qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çox ciddi görüşdür. “Xəzər Lənkəran”da baş məşqçi dəyişikliyi olub. Bu rəqib üçün stimul olacaq. Hamısını nəzərə almışıq. Bazar gününü gözləyirik ki, çıxaq, gücümüzü göstərək.
- I dövrədəki oyunda qələbə qazanmışdınız. Doğma meydanda həmin nəticəni reallaşdırmaq nə dərəcədə mümkündür?
- “Xəzər Lənkəran” bu il zəif çıxış etsə də, hər zaman güclü, iddialı olub. Bu gün də onlar ciddi rəqibdir. Maraqlı oyun alınacağını düşünürəm. Güclü olan qalib gələcək.
- “İnter” də çempionata pis başlamışdı. Ardıcıl məğlubiyyətləri sıraladınız. Son oyunlarda isə əksinə, qələbələr qazanırsınız. Komandada nə dəyişdi?
- Heç nə dəyişməyib. Həmin oyunçular, həmin məşqçilər korpusu işləyir. Sadəcə, indi bir-birimizi daha yaxşı başa düşürük. Yeni gələn futbolçular “İnter”in hansı yerlər uğrunda mübarizə apardığını anlayırlar. Onlar çempionatımızı tanımırdılar. İndi hər şeyi başa düşürlər, harada olduqlarını dərk edirlər. Oyunumuzu daha da yaxşılaşdıracağımıza inanıram. Amma nəticə baxımından indidən deyə bilmərəm ki, bütün oyunlarda qələbə qazanacağıq. Çempionatın gedişində heç-heçə də, məğlubiyyət də olur. Biz hər oyuna maksimum nəticə qazanmaq üçün çıxacağıq.
- Liderdən 8 xal geri qalırsınız. Komanda çempionluq uğrunda mübarizə aparmağı düşünür, yoxsa mükafatçılar sırasına düşmək?
- Xalları hesablamırıq. İndi qarşıdakı 3 oyundan maksimum xal toplamaq haqda düşünürük. Tətilə yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik. Bunu bacardıqdan sonra turnir cədvəlinə baxacağıq.
- Bu uğurda vurduğunuz qolların da rolu az deyil. Hazırda 8 topla bombardirsiniz...
- Bu haqda düşünmürəm. Qollara görə komanda yoldaşlarıma təşəkkür edirəm. Komanda şəklində yaxşı mübarizə aparırıq. Əsas olan 3 xal qazanmaqdır.
- Bu cür başlanğıc gözlənilən idi?
- Hər oyunda komandaya maksimum xeyir vermək istəyirəm. Bunun davamının gəlməsini arzulayıram.
- Nə vaxtsa bombardir olmaq istəmisiniz?
- Heç vaxt bombardir olmaq istəməmişəm. Ötürmə verəndə daha çox həzz alıram. Bu haqda jurnalistlər çox sual verir. Futbolda vacib olan komandanın uğur qazanmasıdır.

0
0