DÇ-2014: Püşkatma mərasimində saxtakarlıq - VİDEO
09.12.2013 - 16:49
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimində saxtakarlığa yol verilib. Apasport.az saytının məlumatına görə, belə bir iddia ilə İspaniyanın “El Mundo Deportivo” nəşri çıxış edib.
Əcnəbi həmkarlarımızın fikrincə, Kosta-du-Sauipe şəhərində təşkil edilən püşk öncədən tərtib edilən ssenari əsasında həyata keçirilib.
Bildirilir ki, FİFA-nın baş katibi Jerom Valke şarları açarkən, həmin anı kameraların obyektivindən gizləyib. Üstəlik, onun komandaların adları yazılan kağızları çıxaran zaman fasilə verdiyi, şardan çıxanı deyil, öncədən masanın üzərinə qoyulan kağızları ictimaiyyətə nümayiş etdirdiyi qeyd edilir.

0
0