10+40 milyonluq transfer – “Yuventus”dan
06.10.2020 - 00:00
İtaliyanın “Fiorentina” klubu ölkənin digər təmsilçisi “Yuventus”a keçib.
Apasport.az saytının məlumatına görə, turinlilər 23 yaşlı vingeri 2 illik icarəyə götürüb.
A seriyasının son çempionu İtaliya millisinin üzvünü transfer etmək hüququna malikdir. İcarə müqaviləsi üçün qarşı tərəfə 10 milyon avro ödəyən “qoca sinyora” 2022-ci ilin yayında onu birdəfəlik heyətinə qatacaq. Bu keçid üçün “Yuve” qarşıdakı 3 il ərzində florensiyalılara daha 40 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Fiorentina”nın yetirməsi olan Federiko Kyeza 2016-cı ildən əsas komandada çıxış edib.
0
0