“Qarabağ” və ya “Neftçi”nin bu gün qazanacağı ilk qələbə Azərbaycan klublarının pley-offda 10-cu uğuru ola bilər.
Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz bu raundda 9 dəfə qalib gəlib.
Ümumiyyətlə isə komandalarımız qrupun bir addımlığında 29 matç keçirib. Bu da o deməkdir ki, daha tez başlayacaq “Qarabağ” – “Aberdin” oyunu yubiley xarakteri daşıyır.
Bu, klublarımızın pley-offda 30-cu görüşü olacaq. Qurban Qurbanovun yetirmələri 10-cu qələbənin də müəllifi ola bilər.
İndiyədək komandalarımız bu raundda 9 dəfə qalib gəlib. İlk qələbəni 2012-ci ildə “Neftçi” Kiprdə APOEL üzərində qazanıb – 3:1.
“Qarabağ” pley-offda daha çox – 7 dəfə rəqibini məğlub edib. “Qəbələ” isə “Neftçi” kimi bir dəfə üstün olub. Bu qələbələrdən altısı evdə, üçü səfərdə gerçəkləşib.
Pley-offdakı 29 oyunda 6 heç-heçə və 14 məğlubiyyət də qeydə alınıb. 36 qol vuran klublarımız 41 top buraxıb.
Qeyd edək ki, “Qarabağ” – “Aberdin” (Şotlandiya) matçı saat 20:00-da, “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) dueli bir saat sonra başlayacaq.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda