10 ildə 100 ilin nəticəsi – yığmamızın rəqibindən
11.10.2020 - 10:10
Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Lüksemburq millisi qeyri-adi nailiyyətə imza atıb.
Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunda Kipri 2:0 hesabı ilə yenən “cırtdanlar” son 10 ildə rəsmi matçlarda 10-cu qələbəsini qazanıb.
2011-2020-ci illərdə əldə olunan bu uğur əvvəlki 100 ilin nəticəsinin təkrarıdır. Lüksemburq 1911-2010-cu illərdə cəmi 10 qələbə əldə edib.
Qeyd edək ki, “cırtdanlar” ötən ay millimizlə Bakıdakı oyunda da qalib gəlib – 2:1.
0
0