100-ə çatdı - 22 yaşında
31.10.2020 - 22:37
İngiltərə Premyer Liqasının VII turunda “Vest Hem”lə keçirilən oyun “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, start heyətində meydana çıxan futbolçu 22 yaşında Premyer Liqada oyun sayını 100-ə çatdırıb.
2016/17 mövsümündən “qırmızılar”ın formasını geyinən Trent 22 yaşda bunu bacaran 5-ci “Liverpul”ludur. Ona qədər Maykl Ouen, Robbi Fauler, Ceymi Rednapp və Stiven Cerrard bu buna nail olub.
Qeyd edək ki, Trent Aleksander-Arnoldun aktivində indiyə qədər 6 qol, 28 məhsuldar ötürmə var.
0
0