[b]“100 milyonluq təklifə “yox” dedik” – klub prezidenti[/b]
25.07.2018 - 00:23
[b]“100 milyonluq təklifə “yox” dedik” – klub prezidenti[/b]

“Napoli”nin müdafiəçisi Xalidu Kulibali Premyer Liqa klublarından təklif alıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı neapolluların prezidenti Aurelio De Laurentis verib.

 

O bildirib ki, hətta bu keçid müqabilində 100 milyon avro təklif alıblar: “Premyer Liqa klubundan 100 milyon avroluq təklif almışıq. Ancaq biz bunu müzakirə etmirik, çünki oyunçumuz satılmır. Kulibali əla oğlandı, onunla heç bir problem yaşamamışıq”.

 

Qeyd edək ki, Xalidu Kulibali ilə “Çelsi” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.