12 xal silinəcək – İngiltərə klubundan
01.08.2020 - 00:00
İngiltərənin “Şeffild Uensdey” klubu maliyyə pozuntusu üzündən cəzalanıb.
Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisinin hesabından 12 xal silinəcək.
Cəza növbəti mövsümə tətbiq ediləcək. Şeffild təmsilçisi yeni çempionata “-12” xalla başlayacaq.
Cəzaya səbəb klubun “Hillsboro” stadionunun satışını 2017/18 mövsümünün hesabatında göstərməsi olub. Hərçənd satış bir il sonra gerçəkləşib.
Qeyd edək ki, “Şeffild Uensdey” ötən mövsümdə 16-cı yeri tutub.
0
0