16 yaşlı hücumçu – Çempionlar Liqasında
13.10.2020 - 00:05
16 yaşlı hücumçu – Çempionlar Liqasında

Dortmund “Borussiya”sı Çempionlar Liqasının sifariş vərəqinə 16 yaşlı futbolçunun adını daxil edəcək.
 
Apasport.az saytının məlumatına görə, bunu Almaniya təmsilçisinin idman direktoru Mixael Sork açıqlayıb.
 
O bildirib ki, 16 yaşını gələn ay qeyd edəcək hücumçu Yussuf Mukoko iştirak ərizəsinə salınacaq. Kamerunlu bu ilin avqustunda “Borussiya”nın əsas komandasına cəlb olunub.
 
Qeyd edək ki, Mukoko Dortmund təmsilçisinin U-17 və U-19 komandalarında ümumilikdə 128 matça 86 qol vurub.

0