17 ildən sonra finalda
04.03.2022 - 10:55
“Betis” İspaniya kubokunun finalına yüksəlib.
Apasport.az saytının məlumatına görə, Sevilya təmsilçisi 17 ildən sonra buna nail olub.
“Betis” sonuncu dəfə 2005-ci ildə yarımfinal səddini adlayıb. Sevilya təmsilçisi “Rayo Valyekano”nu mübarizədən kənarlaşdırıb – 2:1, 1:1.
Manuel Pelleqrininin yetirmələri finalda “Valensiya” ilə üz-üzə gələcək. Bu matç aprelin 23-də baş tutacaq.
Qeyd edək ki, “Betis” 2005-ci ildəki son finalında “Osasuna”ya əlavə vaxtda 2:1 hesabı ilə qalib gəlib.
0
0