17 yoluxma – paytaxt klubunda
19.01.2021 - 15:50
Portuqaliyanın “Benfika” klubu kütləvi koronavirusa yoluxmanın qurbanı olub.
Apasport.az saytının məlumatına görə, Lissabon təmsilçisinin 17 üzvünün testi müsbət nəticələnib.
Yoluxanlar futbolçular və klub əməkdaşlarıdır. Paytaxt klubunun rəhbərliyi onların qarşıdakı 14 gündə yarışlarda iştirak edib-etməməsi ilə bağlı qərarı gözləyir.
Qeyd edək ki, “Benfika” Portuqaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
0
0