1974 koronavirus testi - Premyer Liqada
06.07.2020 - 23:00
İngiltərə Premyer Liqasında futbolçular və klub işçiləri arasında aparılan növbəti koronavirus testinin nəticəsi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 29 iyun - 5 iyul tarixlərində 1974 test keçirilib.
Bu müddətdə heç kimdə virusun aşkarlanmadığı bildirilib. Mayın 17-dən bəri aparılan testlərin ümumi nəticəsinə görə isə 21 nəfər virusa yoluxub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında XXXIII tur artıq başa çatmaq üzrədir.
0
0