2 futbolçu heyətdən çıxarıldı – Kipr yığmasında
08.10.2020 - 12:27
2 futbolçu heyətdən çıxarıldı – Kipr yığmasında

Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Azərbaycan yığması ilə qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Yohan Valem 2 futbolçunu iştirak ərizəsindən çıxarıb.

Bunlar AEL-in müdafiəçisi Haris Kiriaku və “Olimpiakos”un yarımmüdafiəçisi Yannis Kostisdir. Adıçəkilən futbolçular qarşıdakı iki matçda iştirak edə bilməyəcək. Kiprlilər oyunların hazırlığını 24 futbolçu ilə davam etdirir.

Qeyd edək ki, oktyabrın 10-da Lüksemburqun qonağı olacaq Kipr yığması üç gün sonra Albaniyada Azərbaycan millisi ilə üz-üzə gələcək.