Çempionlar Liqasının qrup mərhələsində Türkiyə təmsilçisi “Başakşəhər” üzərində böyükhesablı (4:1) qələbə qazanan İngiltərə klubu “Mançester Yunayted” iki itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.
Norveçli mütəxəssis bildirib ki, müdafiəçilər Viktor Lindelöf və Aaron van-Bissaka Türkiyə çempionuna qarşı görüşdə zədələnib. Bu üzdən Lindelöf fasilədən dərhal sonra, van-Bissaka isə 59-cu dəqiqədə əvəzlənib. Baş məşqçi hər iki oyunçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib.
Qeyd edək ki, 4 turdan sonra “Mançester Yunayted” 9 xalla qrupa başçılıq edir.