2 klub oynamaq istəmədi – PFL-dən rədd cavabı
17.12.2020 - 13:22
2 klub oynamaq istəmədi – PFL-dən rədd cavabı

Azərbaycan Premyer Liqasında ilin son iki turunun təxirəsalma ilə keçirilməsi qərarı bəzi klubların narazılığına yol açıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, hətta iki klub oyunlarının təxirə salınması üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Konkret olaraq, “Sumqayıt” və “Neftçi” XII və XIII turun matçlarının ən azı bir neçə gün sonraya keçirilməsini istəyib. Lakin PFL bu müraciətləri rədd edərək, yalnız 7 və daha çox yoluxma olarsa, oyunun təxirə salınacağını bildirib. Bu cavab isə koronavirusa yoluxmadan ən çox əziyyət çəkən “Sumqayıt” və “Neftçi” tərəfinin ürəyincə olmayıb. 

Koronavirusdan ən çox əziyyət çəkən “Sumqayıt”da 10 futbolçu aktiv yoluxmaya görə hələ də məşqlərə qoşula bilmir. Komanda bu gün test verəcək və nəticəsi sabah müəyyənləşəcək. Yəni karantin müddəti bu gün bitən həmin oyunçuların testi neqativ çıxsa belə, xəstəlikdən sonra onların növbəti oyuna hazırlaşmaq üçün cəmi 2 gün vaxtları olacaq. Bu isə “gənclik şəhəri” təmsilçisinin qarşıdakı tura 10 itki ilə çıxacağı anlamına gəlir. Bu da baş məşqçi Ayxan Abbasova “Zirə” ilə görüşdə “11-liy”i qurmaqda böyük problem yaşadacaq.

Qeyd edək ki, dekabrın 20-də XII tur çərçivəsində “Neftçi” “Sabah”ın, “Sumqayıt” isə “Zirə”nin qonağı olacaq.
 

0