20 havayı ulduz – SİYAHI
30.12.2020 - 09:33
20 havayı ulduz – SİYAHI

Yüksək tirajlı “Sky Sports” 2021-ci ilin yayında azad agent statusu alacaq ən güclü 20 futbolçunun siyahısını dərc edib.

Apasport.az saytının məlumatına görə, əvvəlki illərlə müqayisədə bu dəfə mövsümün sonunda klubu ilə sözləşməsi bitəcək ulduzlar daha məşhurdur.

Siyahıda “Barselona”, “Real”, “Mançester Siti” kimi nəhəng klubların kapitanları da var. Dünyanın ən yaxşı iki futbolçusundan biri hesab edilən Lionel Messi, eləcə də onun həmyerlisi Serxio Aquero, “Real”ın lideri Serxio Ramos kimi oyunçular yanvardan etibarən istənilən klubla danışıq aparmaq hüququna malik olacaq.

Məsut Özil, David Alaba, Hakan Çalhanoğlu kimi futbolçuların da mövsümün sonunda verəcəyi qərar maraqla gözlənilir.

Müqaviləsi mövsümün sonuna qədər olan ulduzlar:
Lionel Messi (“Barselona”)
Serxio Aquero (“Mançester Siti”)
Məsut Özil (“Arsenal”)
David Alaba (“Bavariya”)
Memfis Depay (“Lion”)
Jorjinyo Veynaldum (“Liverpul”)
Arkadiuş Milik (“Napoli”)
Anxel Di Mariya (PSJ)
Yulian Draksler (PSJ)
Serxio Ramos (“Real”)
Olivye Jiru (“Çelsi”)
Cessi Linqard (“Mançester Yunayted”)
Conni Evans (“Lester”)
Hakan Çalhanoğlu (“Milan”)
Henrik Mxitaryan (“Roma”)
Jerom Boatenq (“Bavariya”)
Şkodran Mustafi (“Arsenal”)
Canluici Donnarumma (“Milan”)
Erik Qarsiya (“Mançester Siti”)
Florian Tauvi (“Marsel”)

0