22 milyonluq transfer - “Napoli”dən
19.06.2020 - 14:57
Fransanın “Lill” klubunun futbolçusu Qabriel karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, müdafiəçi yaxın müddətdə “Napoli”yə keçəcək.
A seriyası təmsilçisi 22 milyon avro ödəyəcək. Bonus kimi müqaviləyə daha 3 milyon avro daxil ediləcək.
Qabriel yeni klubu ilə 5 illik müqavilə imzalayacaq. Onun illik qazancı 2 milyon avro olacaq.
Qeyd edək ki, müdafiəçi İspaniya “Real”ının da maraq dairəsində idi.
0
0