24 milyonluq səs yazısı – Messi və Pikenin də əli var
19.04.2022 - 14:44
24 milyonluq səs yazısı – Messi və Pikenin də əli var

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales və “Barselona”nın müdafiəçisi Jerar Pike ilə bağlı yeni iddialar ortaya atılıb.

Apasport.az saytının məlumatına görə, onlar İspaniya Superkubokunun yanvara keçirilməsinə çalışmaqda günahlandırılır.

Yayılan səs yazılarında Rubiales və Pikenin iştirakçı komandaların rəsmiləri ilə söhbətləri, onları Superkubokun avqustdan yanvara keçirilməsinə inandırmaq üçün plan hazırladıqları ortaya çıxıb. Hətta bu işdə onlara “Barselona”nın sabiq kapitanı, hazırda PSJ-də çıxış edən Lionel Messinin kömək etdiyi də iddia olunur.

Qeyd edək ki, korrupsiyada ittiham olunan Luis Rubialeslə Jerar Pike Superkubokun Səudiyyə Ərəbistanında təşkili üçün ərəb ölkəsindən 24 milyon avro aldıqları vurğulanır.