27 il əvvəlki hadisəni təkrarladı - "Mançester Yunayted"
13.07.2020 - 23:11
27 il əvvəlki hadisəni təkrarladı - "Mançester Yunayted"

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXXV turunun qapanış matçında "Sauthempton"u qəbul edir.

Apasport.az saytının məlumatına görə, bir qədər əvvəl başlayan görüşdə baş məşqçi Ole Qunnar Sulşer ardıcıl 5-ci dəfə eyni start heyətini meydana çıxarıb.

Bundan əvvəlki 4 qarşılaşmanın hamısında qələbə qazanan heyəti dəyişməyən çalışdırıcı 27 il əvvəlki hadisəni təkrarlayıb. Sonuncu dəfə 1993-cü ildə "mankunianlar" ardıcıl 5 oyunda eyni heyətlə mübarizə aparıb. Həmin vaxt Sulşer komandanın futbolçusu olub.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 58 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.