Azərbaycan klubları Premyer Liqanın ilkin iştirak ərizələrinə cəmi 48 legionerin adını daxil edib.
Apasport.az saytının məlumatına görə, sifariş olunan 179 oyunçudan 131-i yerli status daşıyanlardır.
Düzdür, Azərbaycan pasportuna malik futbolçuların da bir qismi əcnəbidir. Premyer Liqada ən çox legioner “Neftçi”dədir. Ən az əcnəbi isə “Sumqayıt”dadır.
“Neftçi” – 9
“Sabah” – 8
“Qarabağ” – 7
“Keşlə” – 7
“Zirə” – 7
“Qəbələ” - 6
“Səbail” – 3
“Sumqayıt” – 1
Premyer Liqadakı 48 legioner 28 ölkəni təmsil edir. Bu siyahıda Braziliya rekordçudur.
Braziliya - 6
İspaniya - 4
Gürcüstan - 3
Monteneqro - 3
Serbiya - 3
Fransa - 2
Paraqvay - 2
Portuqaliya - 2
Rusiya - 2
Seneqal - 2
Şimali Makedoniya - 2
Albaniya - 1
Almaniya - 1
Belçika - 1
Fil Dişi Sahili - 1
Kabo Verde - 1
Kamerun - 1
Kolumbiya - 1
Litva - 1
Moldova - 1
Niderland - 1
Nigeriya - 1
Qana - 1
Qvineya - 1
San Tome və Prinsipi - 1
Toqo - 1
Ukrayna - 1
Yunanıstan – 1