3 illik müqavilə - “Napoli”də
15.04.2020 - 17:39
İtaliyanın “Napoli” klubu futbolçusu Lorenso İnsinye ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı italiyalı hücumçu yaxın günlərdə yeni anlaşmaya imza atacaq.
2022-ci il iyunun 30-dək olan indiki müqavilə daha 3 il müddətinə uzadılacaq. Bir müddət əvvəl agenti Mino Rayola ilə əməkdaşlığı dayandıran İnsinye 2025-ci ilədək Neapol klubunda qalacaq.
Qeyd edək ki, Lorenso cari mövsümün 25 oyununda 5 qol vurub.
0
0