Dortmund “Borussiya”sı futbolçusu Andre Şurrleni satmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu 29 yaşlı yarımmüdafiəçinin transferi üçün cəmi 2 milyon avro istəyir.
Bu da onunla bağlıdır ki, klub rəhbərliyi yüksək ödənişli oyunçulardan qurtulmaqla maaş xərclərini azaltmaq niyyətindədir. Andre isə ildə 7 milyon avro qazanır.
Mövsümün əvvəlində icarə əsasında Moskva “Spartak”ında çıxış edən futbolçu koronavirus pandemiyasına görə yaranan fasilə dövründə “Borussiya”ya qayıdıb. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Şurrle 2016-cı ildə “Volfsburq”dan 30 milyon avroya transfer olunub.