[b]30 yaşlı məşqçi "Real"ın təklifini rədd etməsindən danışdı[/b]
25.07.2018 - 15:41
[b]30 yaşlı məşqçi "Real"ın təklifini rədd etməsindən danışdı[/b]

“Təklif haqda düşünürdüm. Telefonun bir ucunda “Real” varsa, kim dəstəyi yerə qoya bilər ki? Söhbət dünyanın ən böyük klubundan gedir”. Bu sözlər “Hoffenhaym”ın baş məşqçisi Yulian Naqelsmanna məxsusdu.

 

Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, gənc mütəxəssis Madrid klubunun təklifini geri çevirməsini belə izah edib: “Mənim cəmi 30 yaşım var. Əgər məşqçilik karyeram kifayət qədər uğurlu alınsa, yenidən La Liqada klub çalışdırmaq şansı əldə edəcəm. Ailəmə gəlincə, indi ölkə sərhədlərindən xaricə çıxmaq üçün düzgün zaman deyil”.

 

Qeyd edək ki, Yulian Naqelsmann 2019-20 mövsümündən etibarən “Leypsiq” klubunu çalışdıracaq.