35 gün ərzində keçirilə bilər - Premyer Liqanın oyunları
13.04.2020 - 17:18
İngiltərə Premyer Liqasının rəhbərliyi koronavirus pandemiyası üzündən dayandırılan mövsümün başa çatdırılması yollarını axtarır.
Apasport.az saytının məlumatına görə, qalan oyunların keçirilməsi üçün 35 gün lazım gələcək.
Qurum rəsmilərinin fikrincə, klublar həftədə 2 oyun keçirmək iqtidarındadır. Çempionatın mayın sonunda bərpa olunması gözlənilir.
Qeyd edək ki, Premyer Liqanın dayandırılması rəsmən aprelin 30-dək dayandırılıb.
0
0