36 komandanın iştirakına icazə verildi - Çempionlar Liqasında
19.04.2021 - 13:37
UEFA İcraiyyə Komitəsinin İsveçrədəki iclası davam edir.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 2024/25 mövsümündən etibarən Çempionlar Liqasının yeni formatını təsdiqləyib.
İcraiyyə Komitəsinin üzvləri tam tərkibdə həmin mövsümdən Çempionlar Liqasının qrup mərhələsində 36 komandanın iştirakına razılıq verib.
Qeyd edək ki, hazırda ÇL-in qrup mərhələsində 32 klub iştirak edir.
0
0