38 yaşlı veteranla yeni müqavilə - A seriyasında
26.06.2020 - 14:14
38 yaşlı veteranla yeni müqavilə - A seriyasında

İtaliyanın “Bolonya” klubu 38 yaşlı futbolçusu Rodriqo Palasionu komandada saxlamağa qərar verib.

Apasport.az saytının məlumatına görə, veteran hücumçu daha bir il A seriyası təmsilçisində qalacaq.

Klub rəhbərliyi yeni müqavilə ilə bağlı argentinalı ilə razılıq əldə edib. Onun iyunun 30-da başa çatacaq anlaşması 2021-ci ilin müvafiq tarixinədək uzadılacaq.

“Bolonya” daha bir oyunçusu Danilunu da heyətində saxlayacaq. Braziliyalı müdafiəçi də bir illik anlaşmaya imza atacaq.

Qeyd edək ki, Palasio cari mövsümün 27 oyununda 7 qol vurub.
 

0