4-cü dəfə baş məşqçi təyin olundu – eyni komandaya
10.02.2021 - 13:50
Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandanı bundan sonra Hikmət Karaman çalışdıracaq.
61 yaşlı mütəxəssis yeni komandası ilə il yarımlıq sazişə qol çəkib. Müqavilə imzalanma tədbirində klub prezidenti Fatih Mərt də qatılıb.
Qeyd edək ki, Hikmət Karaman məşqçilik karyerası ərzində 3 dəfə “Ankaragücü”yə baş məşqçi təyin olunub. O, son komandası “Yeni Malatyaspor”dan ötən ilin yayında ayrılıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0