4 namizəd - ayın ən yaxşısına
03.07.2020 - 17:10
4 namizəd - ayın ən yaxşısına

İngiltərə Premyer Liqasında iyunun ən yaxşı baş məşqçisi mükafatına namizədlərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar bu ada 4 mütəxəssisi namizəd göstərib.

Bunlar Stiv Bryus ("Nyukasl": 3 oyun, 2 qələbə), Nuno Eşpirito Santo ("Vulverhempton": 5 oyun, 4 qələbə), Frenk Lempard ("Çelsi": 3 oyun, 3 qələbə) və Ole-Qunnar Sulşerdir ("Mançester Yunayted": 5 oyun, 3 qələbə).

Qalib azarkeşlərin və bir qrup mütəxəssisin səsverməsi ilə müəyyənləşəcək. Səsvermənin nəticəsi gələn həftə açıqlanacaq.