[b]40 yaşlı əfsanə yenidən Bremendə[/b]
31.07.2018 - 01:42
[b]40 yaşlı əfsanə yenidən Bremendə[/b]

Əfsanəvi perulu hücumçu Klaudio Pisarro yenidən “Verder”in şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, 40 yaşlı futbolçu 4-cü dəfə Bremen klubuna keçib.

 

Bundesliqa tarixinə ən çox qol vuran legioner kimi düşən cənubi amerikalı 1999-2001, 2008-12 və 2015-17-ci illərdə də “Verder”in şərəfini qoruyub. Almaniyada “Bavariya” və “Köln”də də çıxış edən hücumçu ötən mövsümü aşağı dəstəyə yuvarlanan sonuncuların heyətində keçirib.

 

Qeyd edək ki, Bundesliqada keçirdiyi 446 matçda 192 qol vuran Pisarro Almaniya çempionatı tarixində 5-ci bombardirdi. O, yalnız yerli futbolçular Herd Müller (365), Klaus Fişer (268), Yupp Haynkes (220) və Manfred Burqsmüllerdən (213) geri qalır.

0