40 yaşlı hücumçudan yeni müqavilə - İngiltərə klubu ilə
01.02.2022 - 11:47
40 yaşlı hücumçudan yeni müqavilə - İngiltərə klubu ilə

İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defonun yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Tottenhem”dəki çıxışları ilə tanınan 40 yaşlı veteran hücumçu “Sanderlend”ə keçib.

O, gücünə görə 3-cü divizionda çıxış edən klubla mövsümün sonunadək müqavilə imzalayıb. Defo 2015-17-ci illərdə də “qara pişiklər”in şərəfini qoruyub.

Qeyd edək ki, Cermeynin son klubu “Reyncers” olub. O, 2020-22-ci illərdə bu klubda 74 matçda 32 qol vurub.