42-sindən geridə, 12-sindən irəlidə – Azərbaycan millisi
15.10.2020 - 09:50
42-sindən geridə, 12-sindən irəlidə – Azərbaycan millisi

Millətlər Liqasında IV tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turundan sonra turnirin ümumi sıralaması açıqlanıb.

Komandalar yer aldıqları liqalar və qərarlaşdığı mövqeyə əsasən sıralanıb. C liqasının 1-ci qrupunda 3-cü pillədə qərarlaşan Azərbaycan millisinin mövqeyi dəyişməyib.

I dövrədən sonra 43-cü sırada olan Canni de Byazinin yetirmələri yenə eyni mövqedə qərarlaşıb. Monteneqro (0:2) və Lüksemburqa (1:2) uduzan komandamız yalnız Kiprdən 4 xal alıb – 1:0, 0:0.

Bu, C liqasının 3-cü yer sahibləri arasında üçüncü nəticədir. Ümumilikdə liqanın 11-cisi olan yığmamız Albaniyadan geridə, Kosovodan öndədir.

Qardaş Türkiyə millisi sıralamada 27-cidir. B liqasında qrup üçüncüsü olan “ay-ulduzlular” yüksək diviziona çıxmaq şansını da çətinə salıb.

Qeyd edək ki, siyahının lideri turnirin ilk qalibi Portuqaliyadır. Məğlubiyyətsiz irəliləyən pireneylilər A liqasında 10 xal toplayıb. Belçika 2-ci, İspaniya 3-cü, Polşa 4-cüdür. Portuqaliya ilə eyni xala malik Fransa qrupda ikinci olduğundan sıralamada 5-ci yerdədir.
 

0
Azərbaycan millisi Millətlər Liqası mövqe