45 dəqiqəlik mübarizə - milli üzvündən
05.07.2020 - 22:48
Ukrayna Premyer Liqasında XXIX turun oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfər matçına çıxıb.
İlk "6-lıq"dakı komandaların duelində "Aleksandriya" "Zarya"nın qonağı olub. Qonaqlar hesabı açmalarına baxmayaraq, sonda 1 xalla sevinməli olublar - 2:2. Start heyətində meydana daxil olan Paşayev fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, "Aleksandriya" hazırda 44 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.
0
0