45 milyonluq vinger
21.08.2023 - 21:20
45 milyonluq vinger

“Mançester Siti” Jeremi Dokunun transferini reallaşdırmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi “Renn”in vingeri ilə bağlı danışıqları davam etdirir.

Mançesterlilər Doku ilə müqaviləni razılaşdırıb. 21 yaşlı futbolçunun keçidinin rəsmiləşməsi üçün Fransa klubunun razılığa zəruridir. “Renn” belçikalı üçün 45 milyon funt sterlinq tələb edir.

Qeyd edək ki, mançesterlilər Riyad Mahrezin yerinə oyunçu axtarır. Doku bunun üçün ən optimal variant hesab olunur.
 

0