5 oyunluq seriya qırıldı – 5 qolla
05.03.2022 - 10:24
5 oyunluq seriya qırıldı – 5 qolla

“İnter” qələbə həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi A seriyasının XXVIII turunda “Salernitana” ilə üz-üzə gəlib.

Simone İnzaqinin yetirmələri 5:0 hesabı ilə qalib gəlib. “İnter” 5 matçlıq qələbəsizlik seriyasına 5 cavabsız qolla son qoyub. Bu müddətdə 3 heç-heçə edən milanlılar 2 dəfə uduzub.

İnzaqinin komandası həm də qol həsrətinə son qoyub. “İnter” 425 dəqiqədən sonra rəqib qapısına yol tapıb.