Avropa Liqasının I təsnifat mərhələsində iştirak edəcək daha bir komanda müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, Danimarkanın “Orxus” komandasıdır.
5 qat ölkə çempionu Superliqanın Avropa Liqası üçün pley-off turnirinin qalibi olub. “Orxus” həledici görüşdə “Odense”yə 2:1 hesabı ilə qalib gəlib.
Bu qələbə çempionatı bürünc mükafatla başa vuran komandanı Avropa Liqasına daşıyıb. Orxus şəhərini təmsil edən komanda qitənin ikinci dərəcəli klub turnirinə başlayacağı I təsnifat mərhələsinin püşkü zamanı səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, “Orxus” Azərbaycan klublarından yalnız “Sumqayıt”ın potensial rəqibi sayılır.