56:0 - Braziliyada
30.09.2019 - 09:50
56:0 - Braziliyada

Braziliyada keçirilən qadın futbolçular arasında “Flamenqo” – “Qremino” oyunu tarixə düşüb.

APA-nın məlumatına görə, Rio ştatının çempionatında baş tutan oyunda ev sahibləri 56:0 hesabı ilə qalib gəlib.

Bu, Braziliya çempionatlarında ən böyük hesabdır. Ümumilikdə isə “Flamenqo”nun qələbəsi futbol tarixində rəsmən qeydə alınan ikinci ən böyük nəticə olub.

Mütləq rekord Madaqaskar çempionatına məxsusdur. 2002-ci ildə “Adema” “Lemirn”i 149:0 hesabı ilə məğlub edib.

“Flamenqo”ya qədər ikinci sırada Avstraliya yığması qərarlaşmışdı. 2001-ci ildə baş tutan görüşdə avstraliyalılar Amerika Samoasını 31:0 hesabı ilə yenib.